Konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı əsas məsələlərin müzakirəsi, bu istiqamətdə strategiyaların müəyyən edilməsi və maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.
Konfrans öz işini noyabrın 17-də Bakıda davam etdirəcək. (AZƏRTAC)