21.11.2024, 19:08
AZ EN
24.05.2022, 14:02 285

“Azərkosmos”: "Qarabağda 889 yaşayış məskəninin müharibədən əvvəlki vəziyyəti sənədləşdirilib"

XƏBƏRLƏR
  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərkosmos” ASC 2021-ci ildə peyk təsvirlərinin istifadəsi ilə 27-si Qarabağ və Şərqi Zəngəzur olmaqla ümumilikdə 75-dən çox layihə həyata keçirib.

Bu barədə “Azərkosmos” ASC məlumat yayıb.

Bildirilir ki, azad edilmiş torpaqlarda bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunması, qarşıya qoyulmuş hədəflərin əldə olunması prosesində “Azersky” peyki vasitəsilə əldə edilən təsvirlər öz töhfəsini verməkdə davam edir.

İşğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi çərçivəsində azad olunmuş inziabti ərazi vahidləri üzrə 889 yaşayış məskəninin peyk təsvirləri əsasında müharibədən əvvəlki vəziyyətlərinin sənədləşdirilməsi üzrə sxematik materiallar hazırlanıb. Məskunlaşma potensialının qiymətləndirilməsi həyata keçirilib. Tikinti-quruculuq işlərinin daha da effektiv həyata keçirilməsi üçün daş-çınqıl-qum yataqlarının müəyyən olunması işləri aparılıb.

Eyni zamanda, növbəti addım olaraq ərazilərdə dəmir yolu infrastrukturunun bərpası və yeni xətlərin planlaşdırılması, ərazinin aktual vəziyyətini əks etdirənyüksək məkan ayırdetməli peyk təsvirlərinin təqdim olunması nəzərdə tutulub. Sosial infrastrukturun bərpası istiqamətində ərazilərdə rabitə şəbəkəsinin yaradılması məqsədi ilə optik rabitə xətləri Avtomatik Telefon Stansiyalarının (ATS) paylanma sxem-xəritələri hazırlanıb. (Report)

Oxşar xəbərlər