Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Azərbaycanın Türkiyə ilə bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahələrində müttəfiq olduqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik”.