Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada seçki bəyannaməsi və millət vəkillərinin təqdim olunma mərasimindəki çıxışda deyib.
O bildirib ki, son 20 ildə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) inkişaf üçün çalışıb:
“Türkiyə yüz ili ancaq bizim deyil, bütün dostlarımızın, qardaşlarımızın, o cümlədən Balkanlardan Qafqaza qədər hər kəsin ortaq perspektividir. Bu gün bütün İslam dünyası seçki prosesini diqqətlə izləyir”.
Ərdoğan qeyd edib ki, bu coğrafiyada mövcudluğunu qorumaq üçün güclü olmaq şərtdir. (Report)