21.09.2024, 09:45
AZ EN
16.02.2023, 17:27 208

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbaycana təşəkkür edib

XƏBƏRLƏR
  • Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdiyi dəstəyə görə Azərbaycana və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Əminə Ərdoğanın rəsmi tviter hesabında bununla bağlı etdiyi paylaşımda deyilir: “Dərdiniz dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Axtarış-xilasetmə qrupları başda olmaqla, humanitar yardım təyyarələri ilə ilk gündən bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəyə görə təşəkkürümü bildirirəm”. (AZƏRTAC)

Oxşar xəbərlər