19.10.2024, 14:18
AZ EN
21.12.2022, 16:00 511

Mahir Abbaszadə: “Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək”

XƏBƏRLƏR
  • Məlum olduğu kimi,  Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanla bağlı şikayət ünvanlayıb. Şikayətdə 2022-ci il may-avqust aylarında ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etdiyi qeyd olunub, onların hər biri ilə bağlı inkaredilməz faktlar təqdim edilib.

Milli Məclisin deputatı Mahir Abbaszadə bununla bağlı açıqlamasında erməni faşizminin beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb: “Erməni faşizmi 30 ildən çoxdur ki, Azərbaycan xalqının həm canına, həm də malına qəsd etməkdə, hətta təbiətə belə divan tutmaqdadır”.

Millət vəkili qeyd edib ki,  ermənilər bu gün də “Qızılbulaq”, “Dəmirli” yataqlarının timsalında Azərbaycana məxsus təbii resursları qanunsuz olaraq istismar etməkdə, ekoloji terror həyata keçirməkdədir. Odur ki, dövlətimiz mütəmadi şəkildə dünya ictimaiyyətini, eləcə də beynəlxalq məhkəmələri erməni vəhşilikləri haqqında məlumatlandırmaqda davam edir: “Bu baxımdan 2022-ci il may-avqust aylarında ermənilərin Laçın və ətraf ərazilərdə azərbaycanlılara məxsus evləri,  yardımçı təsərrüfatları  məhv etməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanan müraciət mühüm önəm kəsb edir. Ümid edirik ki, Avropa Məhkəməsi Azərbaycanın bu müraciətinə həssaslıqla yanaşacaq, ermənilərin törətdiyi çoxsaylı cinayətlərə ədalətli hüquqi qiymət verəcəkdir.

İstənilən halda, Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək. Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısında cavab verməli olacaqlar. Buna kimsənin şübhəsi olmasın”!-deyə millət vəkili bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər