19.10.2024, 19:45
AZ EN
28.11.2022, 17:41 388

Ermənistanın hiyləsi baş tutmadı

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İham Əliyev noyabrın 27-də Bakıda ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bölgədə və dünyada baş verən hadisələr, Azərbaycanın qonşuları ilə münasibəti, Qarabağda cərəyan edən hadisələr, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və digər mühüm məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıq ifadə etdi.

Politoloq Eldar Namazovun İctimai TV-də  yayımlanan “Aydınlıq Eldar Namazov ilə”  yüksək səviyyədə hazırlanan verilişi ictimaiyyət tərəfindən maraqla izlənilir. Müəllif dünyada gedən proseslərə həqiqətin işığı ilə aydınlıq gətirir.

Politoloq həmin konfransla bağlı fikirlərini ictimaiyyətin diqqətinə çatdırıb:

-Bakıda ADA Universitetində çox mühüm bir konfrans keçirildi. Bu konfrans artıq ənənəvi xarakter alıb. Hər il bunu keçirirlər. Dünyanın aparıcı  beyin mərkəzlərinin  rəhbərləri, onların ekspertləri Baklya səfər  edirlər. Azərbaycan Prezidenti onların qarşısında çıxış edir, onların suallarını cavablandırır. Bu, çox vacib mühüm bir tədbirdir. Bakıya gələn bu insanlar öz ölkələrində çox tanınmış insanlardır, beynəlxalq aləmdə çox tanınmış insanlardır. Onlar öz dövlətlərinə də  təkliflər verirlər, qərarların qəbul olmasında da iştirak edirlər. Eyni zamanda onlar ictimai rəyi formalaşdırırlar. Onları diqqətlə oxuyurlar, 100 minlərlə, milyonlarla adi insanların rəyi çox vacibdir həmin cəmiyyyətlər üçün. Belə bir tədbirin ölkəmizdə keçirilməsi, hesab edirəm ki, vacib və önəmlidir. Təbii ki, bir neçə saat davam edən  bu konfrans haqqında balaca bir verilişin içərisində tam hər bir məsələni müzakirə eləmək mümkün deyil. Şəxsən mənim diqqətimi cəlb edən bəzi vacib məqamları diqqətinizə çatdırmaq istəyirəm.

“Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla  Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, baş nazir Paşinyan həmin görüşə yalnız orda Fransa prezidenti Manuel Makronun iştirak  edəcəyi təqdirdə razılıq verə  bilər. Bu  isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

Eldar Namazov bildirib ki, söhbət dekabrın 7-də Brüsseldə nəzərdə tutulan görüşdən gedir. Həmin görüşdə Azərbycan Prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak eləməli və Avropa İttifaqının vasitəçiliyi ilə öz  müzakirələrini davam etdirməli idilər. Ermənistan çox gözəl başa düşür ki,  artıq Fransa həmin danışıqlarda  iştirak edə bilməz. Azərbaycan Prezidenti bunu açıq  bəyan etdi və əsaslandırdı: “Fransa senatının qərarları var, Fransa liderinin bəyanatları var. Onlar bizim üçün qəbul olunmazdır. Özlərini Ermənistanın  müttəfiqi sayırlar, Ermənistanın təfindəın çıxış edirlər, çox gözəl, onda vasitəçilik missiyasına onlar yaxın durmalı deyillər”.  Və Ermənistanın baş naziri Nikol Paşinyan bunu bilə-bilə, sən demə, şərt qoyub Şarl Mişel aparatı qarşısında, Makron orda iştirakl eləməsə, Ermənistan da o görüşə gəlməyəcək. Azərbaycan Prezidentinin də cavabını hər kəs eşitdi: “Deməli, görüş olmayacaq”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər