23.02.2026, 14:25
AZ EN
23.02.2026, 12:47 19

"Xocalı: Səssizlərin səsi Reza Deqatinin obyektivində" adlı fotosərgi keçirilir

XƏBƏRLƏR
  • Bakıda Prezident Kitabxanasının təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunan fotosərgi keçirilir.

Tədbirdə fotoqraf Reza Deqatinin obyektivindən Xocalı həqiqətlərini əks etdirən fotoların təqdimatı baş tutur.

Prezident Kitabxanasının direktoru Afət Abbasova deyib ki, bu il Xocalı faciəsinin 34-cü ildönümü yad ediləcək:

"Biz çalışırıq ki, Xocalı faciəsinin dəhşətini bir daha fotolarla göstərək. Biz bu faciəni yaşadıq. Hər gün gənclərə belə bir faciənin baş verməməsi üçün onları məlumatlandırmalıyıq. Bu gün torpaqlarımız azaddır, suverenliyimiz bəpa olundu. Bu gün Xocalı azaddır".

Reza Deqati isə bildirib ki, Xocalı faciəsi heç vaxt unudulmayacaq:

"Bu faciənin 34 il əvvəl şahidi olmuşam. Ailələrin, uşaqların başlarına gələn faciələri illərdir unuda bilmirəm. Onların səsi hələ də kabus kimi yaddaşımdadır. Bunu illərdir dünyaya çatdırmaq istəyirəm. Mənə nə qədər təzyiqlər olsa da, bu həqiqətləri dünyaya çatdırmağa davam edirəm. Malayziyada, Fransada, ABŞ-də bu mövzu ilə bağlı sərgilərimi davam etdirəcəyəm".

Sərgidə ziyarətçilərə tarixi yaddaş, insan taleləri və müharibənin izləri sənədli foto dilində çatdırılıb.

Fotosərgi fevralın 28-dək hər gün saat 10:00-dan 17:00-dək nümayiş etdiriləcək, giriş sərbəstdir. (Report)

Oxşar xəbərlər