Bu barədə Türkiyənin “Sabah” qəzetində ölkənin Silahlı Qüvvələrinin regional və beynəlxalq səviyyədə sülhə və sabitliyə verdiyi töhfəyə həsr olunmuş məqalədə deyilir.
Məqalədə “Bir millət, iki dövlət” kəlamı kontekstində Ankara ilə Bakı arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulanır.
Diqqət Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında çoxsaylı birgə təlimlərə, eləcə də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə digər təlim proqramlarına yönəlib. (AZƏRTAC)