20.02.2026, 19:34
AZ EN
20.02.2026, 17:53 3

"Fitch Solutions": "TRIPP layihəsindən gözləntilər böyükdür"

XƏBƏRLƏR
  • "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlanan Zəngəzur dəhlizi regionun logistika xəritəsində mühüm dəyişiklik yarada bilər. Yeni dəhliz həm də Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək ki, bu da tegionda tranzit yükdaşımalarında böyük əhəmiyyət kəsb edir.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Fitch Solutions"un Azərbaycanla bağlı proqnozunda bildirilib.  Beynəlxalq reytinq agentliyinin törəmə qurumu olan "Fitch Solutions"un hesabat sənədində qeyd olunur ki, TRIPP layihəsinin əsas hissəsi, yəni 74 faizi ABŞ kapitallı strukturlar tərəfindən idarə olunacaq və ödənişli tranzit zonasının inkişafı üçün birgə müəssisə yaradılacaq: "İnvestorlar TRIPP layihəsinə böyük maraq göstərir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin regiona səfəri zamanı bir sıra yeni razılaşmaların anonsu verilib. Amerika hökuməti kritik minerallar üzrə əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat və gömrük sistemlərinin modernləşdirilməsinə, eləcə də qabaqcıl texnologiyaların ixracına dəstək verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, Vaşinqton İrəvana köhnəlmiş "Metsamor" Atom Elektrik Stansiyasının ABŞ istehsalı olan kiçik modul reaktorlarla əvəzlənməsində yardım göstərməyi təklif edib. Məqsəd ölkənin Rusiyadan asılılığını azaltmaqdır".

"Fitch Solutions" Zəngəzur dəhlizi layihəsinin Azərbaycan üçün də bir çox üstünlüklər yaratdığına diuqqət çəkib. Bildirilir ki, ABŞ-ın da dəstəklədiyi TRIPP layihəsi Cənibi Qafqazın neft-qaz yataqları ilə zəngin olan ölkəsi üçün regionun logistika xəritəsindəki payını xeyli dərəcədə artıra bilər: "Azərbaycanda enerji təhlükəsizliyi, dəniz infrastrukturu və logistikanın yenilənməsi üzrə götürülən öhdəliklərin ölkənin regional tranzit mərkəzi kimi rolunu gücləndirəcəyi gözlənilir. İnvestorlar artıq TRIPP dəhlizinə böyük maraq göstərir. Vensin sözlərindən belə məlum olur ki, əlaqəli layihələrə "milyardlarla ABŞ dolları" həcmində vəsait cəlb oluna bilər".

Elxan SALAHOV

Oxşar xəbərlər