15.12.2024, 05:56
AZ EN
04.11.2022, 09:58 499

Peter Mixalko: “Azərbaycan Avropa İttifaqı üçün xüsusi ticari tərəfdaşdır”

XƏBƏRLƏR

“Azərbaycan Avropa İttifaqı üçün xüsusi ticari tərəfdaşdır”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Naxçıvan Biznes Mərkəzində ölkəmizdə fəaliyyət göstərən Aİ-nin nümayəndə heyəti ilə görüşdə deyib.

“Biz bu iqtisadi imkanları daha da gücləndirə, inkişaf etdirə və ixracı daha da artıra bilərik. Avropa İttifaqı bu iqtisadi islahatlarda Azərbaycanın yanındadır”, - Peter Mixalko vurğulayıb.

Səfir onu da əlavə edib ki, orta və kiçik biznes vahidlərinin Azərbaycanda dəstəklənməsi də prioritetlər sırasındadır: “Buna qlobal şəkildə nail olmaq mümkündür. Çünki burada müxtəlif ölkələrin şirkətləri, Avropa İttifaqı ölkələri təmsil olunurlar. Onların əksəriyyəti Naxçıvanla çalışmağa hazırdır. Məqsəd odur ki, qarşılıqlı əməkdaşlıq inkişaf etdirilsin”.

Report

Oxşar xəbərlər