20.10.2024, 23:53
AZ EN
03.11.2022, 17:44 518

“Zəngəzur dəhlizi Çindən Avropaya qədər bütün ölkələrin marağındadır”

XƏBƏRLƏR

“Azərbaycan Zəfəri quruculuq müstəvisində möhkəmləndirmək üçün addımlar atır, post-konflikt quruculuq modeli yaradır”.

Bunu Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə ”Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

Tahir Budaqov bildirib ki, Azərbaycan Cənubi Qafqazda yeni nizam, konfiqurasiya formalaşdırır: “21-ci əsrin müharibəsini aparmış və bu sahədə təcrübəsi öyrənilən Azərbaycanın post-konflikt təcrübəsinin də dünyada öyrəniləcəyinə şübhə yoxdur”.

APA

Oxşar xəbərlər