28.03.2024, 18:16
AZ EN
02.11.2022, 11:55 299

Sabah Brüsseldə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək

XƏBƏRLƏR

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üçüncü iclası sabah, noyabrın 3-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə Azərbaycan nümayəndə heyətinə baş nazirin müavini Şahin Mustafayev, Ermənistan nümayəndə heyətinə isə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Qeyd edək ki, mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzalayıblar. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Şahin Mustafayevdir.

Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ilk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub. Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan Ermənistan-Azərbaycan sərhədində görüşüblər. ("Trend")

Oxşar xəbərlər