23.01.2026, 21:04
AZ EN
19.01.2026, 12:34 181

Birol Akgün: 2020-ci ildə Azərbaycan əraziləri azad edilərək şəhidlərin arzuları yerinə yetirildi

XƏBƏRLƏR
  • 2020-ci ildə Azərbaycan əraziləri azad edilərək şəhidlərin arzuları yerinə yetirildi.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 1990-cı il yanvarın 20-də müstəqil Azərbaycan dövlətinin qurulması üçün yüzlərlə insan canından keçdi:

"2020-ci ildə Azərbaycan əraziləri işğaldan azad edilərək həmin şəhidlərimizin arzuları yerinə yetirildi".

Diplomat, həmçinin, Azərbaycan-Türkiyə qardaşlığının daim olmasını dilədiyini söyləyib:

"Türkiyə həmişə Azərbaycanın yanında olub və olmağa da davam edəcək".  (Report)

Oxşar xəbərlər