24.01.2026, 06:38
AZ EN
07.01.2026, 11:04 129

Paşinyan: "Buna imkan verməyəcəyik"

XƏBƏRLƏR
  • "Bəziləri erməni kilsəsindən Ermənistana qarşı fəaliyyətlər üçün dayaq nöqtəsi kimi istifadə etməyə çalışırlar. Biz buna imkan verməyəcəyik".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Baş nazir dünən keçirilən "xaç yürüşü" aksiyasında siyasətlə məşğul olan dindarların hakimiyyətlə mübarizəsində kilsəni alət etməsinin qarşısını sərt şəkildə alınacağını bildirib. "Sputnik Armenia" yazır ki, Paşinyan bütün ermənilərin katolikosunun istefasını tələb edən yepiskopların iştirakı ilə kilsədə islahatlar aparmaq niyyətindən geri çəkilmək fikrində qətidir. Bununla bağlı hazırlanan "Yol xəritəsi"nə dair bəyannamənin mətninin qəbulundan sonra məsələ daha da ciddi xarakter almağa başlayıb.

"Bu gün kilsənin faktiki rəhbəri (II Qaregin) və ali dairələri sektantlıq məntiqi ilə hərəkət edirlər. Kilsəni parçalanmadan azad etməli, onu xalqa qaytarmalıyıq", - deyə "Sputnik Armenia" Paşinyanın xəbərdarlıq xarakerli bəyanatını xatırladıb.

Bildirilir ki, Baş nazir hakimiyyətlə qarşıdurmadan çəkinməyən dindarlarla haqq-hesabı çürütmək və bu məsələni köklü şəkildə birdəfəlik həll etmək əzmindədir. O,  kilsədə islahat proqramına dair "Yol xəritəsi"dən danışarkən bəyan edib ki, erməni xalqı və hakim komanda bu cür təkliflə çıxış edən 10 yepiskopu xıra qədər dəstəkləməkdə və onların təhlükəsizliyini qorumaqda davam edəcək: "Onlara dəstək olmalıyıq, çünki bu çətin anda onlar öz xalq və dövlətlərinə dayaq olublar. Kilsə islahatının heç bir tərəfdarı özünü müqəddəsləşdirmir. Əksinə, həmin mətndə aydın şəkildə bəyan edilir ki, hər birimiz öz günah və məsuliyyətimizi qəbul etmişik".

Nikol Paşinyanın fikrincə, yepiskoplar uzun müddət kobud səhvə yol veriblər, kilsəni uzun zaman onu parçalayanlarla tək buraxıblar. O, xalqı ayinlərdə iştirak etməyə, ruhaniləri kilsə islahatları gündəliyinə qoşulmağa və kilsələrdə ayinlər zamanı II Qareginin adının çəkməməyə çağırıb: "Bu, İsa Məsihin adı ilə, xalq tərəfindən, milli kilsə şurası vasitəsilə seçilmiş və öz çağırışı, həyat tərzi, dünyagörüşü və ruhunun məzmunu baxımından legitim katolikos olana qədər edilməlidir".

Xatırladaq ki, dünən İrəvanda Baş nazir Nikol Paşinyanın başçılığı ilə yürüş keçirilib. Aksiya Müqəddəs Maarifçi Qriqori kafedral kilsəsində keçirilən Milad tədbirindən sonra start götürüb. Paşinyanın “xaç yürüşü” adlandırdığı aksiyada onu həyat yoldaşı Anna Akopyan, dövlət və hökumət adamları da iştirak edib.

Elxan SALAHOV

Oxşar xəbərlər