Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev müsahibəsində bildirib.
BMTM-nin sədri qeyd edib ki, ölkəmizin yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tam şəkildə qəbul olunur. Artıq ABŞ ilə ikitərəfli münasibətlərdə yeni mərhələ başlayıb. Avropa İttifaqı ilə münasibətlərdə də qarşı tərəfdən qaynaqlanan bəzi mənfi məqamlar istisna olmaqla, ümumi dinamika müsbət istiqamətdə inkişaf edir. Mərkəzi Asiya ölkələri ilə tarixi bağlarımız müxtəlif institutlar çərçivəsində möhkəmləndirilir. Məlum olduğu kimi, bu ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan tamhüquqlu üzv kimi qəbul edilib. (AZƏRTAC)