"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ABŞ-nin İrəvandakı səfiri Kristina Kvinnə istinadən məlumat yayıb. Səfirin sözlərinə görə, hazırda ABŞ Ermənistanla "Tramp yolu" layihəsi və birgə memorandumlardan irəli gələn məsələləri işləyib həyata keçirmək üçün strukturlar formalaşdırmaq üzərində işləyir: "Bu layihə ilə bağlı memorandumların hazırlanması və "Tramp yolu"nun həyata keçirilməsinə rəhbərlik etmək üçün Ermənistanla ABŞ arasında hökumət nümayəndələrindən və mütəxəssislərdən ibarət işçi qrup yaradılıb. İşçi qrup bu ilin sonuna qədər ilk iclaslarını keçirməyi planlaşdırıb. Digər bir məsələ “Tramp yolu”nun planlaşdırılması və tikintisini idarə etmək üçün Ermənistan-ABŞ strukturunun formalaşdırılmasıdır. Hazırda bu konkret strukturla bağlı hüquqi məsələlər aydınlaşdırılır, irəliləyiş xəbərlərini gözləyirik".
Amerikalı səfir güman edir ki, ABŞ və Ermənistandan olan işçi qrupların ilk iclası İrəvanda keçiriləcək. Görüş çərçivəsində çox güman ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə baxış keçiriləcəyi də gözlənilir.
Xatırladaq ki, Zəngəzur dəhlizi layihəsi ilə bağlı siyasət sənətlərinin hazırlanması və texniki prosedurların sürətləndirilməsi məsələsi işlərin Azərbaycan və ABŞ nümayəndələri arasında da müzakirə edilib.
Elxan SALAHOV