20.11.2025, 06:17
AZ EN
17.11.2025, 14:22 209

Ermənistan Naxçıvana avtomobil yolunun bərpasına razılıq verib

XƏBƏRLƏR
  • Azərbaycanla Ermənistan arasında sülh danışıqları müəyyənləşmiş qrafikə uyğun olaraq davam etdirilir. Gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər müəyyən məsələlər təxirə salınacaq. Hazırda isə Bakı və İrəvanın bu prosesdən olan gözləntisi bağlı qapılar arxasında müzakirə edilir.

"Vətən səsi" xəbər verir ki, siyasi ekspert Zaur Məmmədov "Teleqraf"a müsahibəsində belə deyib. O, bildirib ki, tərəflər arasında razılaşdırılmış "Yol xəritəsi"nə uyğun olaraq, sülh istiqamətində müəyyən addımlar atılır. Rusiya və Qazaxıstan taxılının Azərbaycan vasitəsi ilə Ermənistana çatdırılması da bu qəbildəndir: "Bu, onu göstərir ki, strateji məsələlərlə bağlı Azərbaycan, Türkiyə və Ermənistan arasında müəyyən razılaşmalar var".

Politoloq əlavə edib ki, qarşıdakı seçki müstəvisində Ermənistanı çətin aylar gözləyir: "Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalması lazımdır. Çünki Paşinyan hakimiyyətdən gedərsə, bu Azərbaycanla danışıqların sıfırlanması demək olacaq. Belə olan halda əsas prioritet Ermənistandakı seçkilərin sabit şəraitdə keçməsidir. Halbuki bir qədər əvvəl Ermənistanın regionlarının birində keçirilən mer seçkiləri göstərdi ki, hakimiyyət uğrunda mübarizə bundan sonra daha ciddi xarakter alacaq".

Zaur Məmmədov bu ilin avqustunda Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra Zəngəzur dəhlizi ilə bağlı atılan praktiki addımlardan da danışıb. Onun sözlərinə görə, hazırda iki ölkə arasında kommunikasiya xətləri ilə bağlı müəyyən irəliləyişlər var: "Erməni tərəfi artıq Türkiyədən Azərbaycana öz ərazisi ilə avtomobil yolunun bərpasına razılıq verib. Bu, müsbət haldır. Dəmir yolu xəttinin bərpasının isə gələn ilin sonuna qədər həllini tapması gözlənilir".

Elxan SALAHOV

Oxşar xəbərlər