15.01.2026, 02:10
AZ EN
24.10.2025, 14:07 237

Paşinyanın partiyadan qovduğu deputat...

XƏBƏRLƏR
  • Ermənistanda korrupsiya və rüşvətxorluqda ittiham olunan Gümrü şəhər merinin bir neçə din xadimi ilə eyni vaxtda həbs olunmasının kilsənin nüfuzuna ciddi zərbə vurur. 

"Vətən səsi" xəbər verir ki, bunu ötən ilin dekabrında Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasından xaric edilmiş deputat Ovik Ağazaryan deyib. O, qeyd edib ki, Ermənistan hökumətinin bu cür radikal addımları erməni kilsəsini parçalaya bilər: "Ermənistanda hamı, o cümlədən kilsə rəhbərləri də bilirlər ki, çox ciddi çatışmazlıqlar var. Baş nazir özü də bunu bilirdi və hələ 5 il əvvəl deyirdi. Bəs, niyə o zaman kilsədəki çatışmazlıqları aradan qaldırmaq üçün heç bir tədbir görülmədi? Çünki o zaman buna ehtiyac yox idi, indi isə var. Mənə elə gəlir ki, hakimiyyət, konkret olaraq Baş nazir Nikol Paşinyan kilsəni parçalamağa, ən yaxşı halda isə erməni diasporunu yenidən bölməyə nail olacaq".

Baş nazirin partiyadan qovduğu və deputat mandatından məhrum etdiyi Ağazaryan hakimiyyəti "dini çevriliş"də günahlandırıb. O, erməni cəmiyyətini kilsə nümayəndələrinin həbsinə susqunluqda ittiham edib, Nikol Paşinyanı isə "xəstə" adlandırıb: "Erməni cəmiyyəti də, Baş nazir də xəstədir. Ola bilsin, sindromlar Paşinyana az təsir edib, çünki o, güclü bir şəxsiyyətdir".

Xatırladaq ki, Nikol Paşinyan Ağazaryanı ötən ilin oktyabrında İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Kərəmyanla mübahisə etdikdən sonra deputatlıq mandatdan məhrum etmək üçün parlamentə müraciət etmişdi. Ağazaryan Paşinyanın tələbini rədd etsə də, təxminən iki ay sonra hakim partiyanın İdarə Heyəti onu “dövlət və partiya əhəmiyyətli məxfi məlumatların sızdırması, habelə cəmiyyətin əxlaq normalarını kobud şəkildə pozması” səbəbindən partiya sıralarından xaric edib.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR