20.11.2025, 07:13
AZ EN
19.10.2025, 12:00 27

Qazaxıstan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsində Azərbaycan və Qazaxıstan arasındakı strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha qeyd edilib. "Qazaxıstan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır. 470 milyon dollar ticarət dövriyyəsi ilə Qazaxsıtan həmçinin Türk dövlətləri arasında Azərbaycanın ikinci ən böyük ticarət ortağıdır. Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 33 faiz artıb".

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb: "Göründüyü kimi, tərəflər arasında çoxsahəli əməkdaşlıq platforması formalaşmışdır. Ölkələr arasındakı iqtisadi əlaqələr ilə yanaşı, mədəni və humanitar sahədə də ciddi əməkdaşlıq müşahidə olunmaqdadır.  Cənab Prezidentin qeyd etdiyi kimi, ötən onilliklər ərzində Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq,  həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Xüsusən də son illər Türk dövlətlərinin daha da yaxınlaşması ölkələr arasında əlaqələrdə yeni səhifə açıb".
Millət vəkili əlavə edib ki,
hər iki dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasındakı iqtisadi və siyasi münasibətləri daha da gücləndirmişdir: "Bu isə, ölkələr arasında ciddi əməkdaşlıq potensialının olduğunu və bundan artıq daha sıx şəkildə istifadə edildiyini göstərir",- deyə V.Bayramov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər