20.11.2025, 05:06
AZ EN
02.10.2025, 15:06 128

Ermənistan parlamenti Azərbaycanla sülhə dair bəyanatı təsdiqlədi

XƏBƏRLƏR
  • Ermənistan parlamenti "Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması haqqında" bəyanatı təsdiqləyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, sənəd səsvermə nəticəsində 64 lehinə, 0 əleyhinə və 2 bitərəf səslə qəbul olunub.

Xatırladaq ki, "Ermənistan və Azərbaycan arasında sülhün qurulması haqqında" bəyanat layihəsi parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının gündəliyinə daxil edilmişdi. Layihə parlamentdə çoxluq təşkil edən "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən hazırlanıb. Həmin sənəd Alen Simonyanın sədrliyi ilə keçirilən iclasda təsdiq edilərək hüquqi qüvvə alıb.

 

Elxan SALAHOV

 

Oxşar xəbərlər