11.10.2025, 06:41
AZ EN
29.09.2025, 14:58 140

Zəngəzur və ya Tramp dəhlizi: adın nə fərqi...

XƏBƏRLƏR
  • "Ermənistanın Baş naziri Nikol Paşinyan yenə özü-özünü təkzib edib. O, “Zəngəzur dəhlizi” ifadəsinin işlənməsini istəmir, xüsusilə Azərbaycanda həmin sözün işlənməsindən çox qorxur və deyir ki, layihənin qısaca olaraq “Tramp dəhlizi“ adlandırılması daha doğru olar".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, bu məsələ Vaşinton görüşündə razılaşdırılsa da, layihənin adının necə ifadə olunması Ermənistan ictimaiyyəti üçün hələ də aktualdır: "Paşinyan BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanda “Zəngəzur dəhlizi” ifadəsinin gündəmdən çıxarılması gərəkliyini bildirib. Ona toxunan odur ki, 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmadan sonra həmin layihə qısa adı “Tramp dəhlizi“, yəni  “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”) kimi çağrılmalıdır. Halbuki, Paşinyan bir neçə həftə əvvəl İrəvandakı açıqlamalarının birində Azərbaycanın layihəni “Zəngəzu dəhlizi” adlandırmasına etiraz etməməsini belə əsaslandırmışdı: “Bu ad (Zəngəzur dəhlizi) Azərbaycanda çox populyardır və orada hansısa infrastruktur, o cümlədən “Tramp Marşrutu”na qoşulacaq layihə belə adlandırıla bilər”. Amma görünür, Paşinyana ad məsələsində hələ də nədənsə narahatdır".

Politoloq hesab edir ki, Ermənistanın Baş naziri “Zəngəzur dəhlizi” ifadəsinin həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə populyar olduğunu özülüyndə qəbul edir. Lakin erməni istimaiyyətinin bu layihəyənin gerçəkləşməsinə əngəl olmayacağına əmin deyil və onun narahatlığının səbəbi də budur: Paşinyana təsir edən odur ki, Azərbaycandakı auditoriya ilə yanaşı beynəlxalq aləmdə də “Zəngəzur dəhlizi” ifadəsi populyardır, bir qisim hallarda xarici mediadakı məqalələrdə də bu addan istifadə olunur".

Elxan Şahinoğlu hələ 1990-cı illərin sonlarında beynəlxalq tədbirlərin birində özünün erməni ekspertlə işğal altında olan Azərbaycan şəhərinin adı ilə bağlı mübahisəsini xatırlayıb: "Çıxışımda "Xankəndi" söylədikcə o əsəbiləşirdi, fasilədə mənə yaxınlaşaraq ""Stepanakert" qəbul olunmuş addır, niyə reallığı qəbul etmək istəmirsiz" deyə sual etmişdi. Mən isə demişdim ki, kimin necə adlandırmasından asılı olmayaraq, bizim üçün həmin şəhərin adı Xankəndidir. Reallıq odur ki, axırda biz deyən oldu, bu gün beynəlxalq aləm də bu adı qəbul edib. İndi ermənilər kefləri istədikləri qədər “Tramp dəhlizi” ifadəsindən istifadə edə bilərlər, biz bu adla yanaşı “Zəngəzur dəhlizi” ifadəsindən də istifadə edəcəyik. Bu ada dəhlizin ikinci adının müəllifi olan Ağ Ev sahibi də etiraz etmir. Əsas olan Azərbaycan vətəndaşlarının Zəngəzur və ya Tramp dəhlizindən maneəsiz istifadəsinin təmin edilməsidir. Paşinyan bunu reallaşdırmalıdır, özünün istifadə etdiyi “Tramp dəhlizinin” də əsas şərti məhz budur".

Elxan SALAHOV

Oxşar xəbərlər