"Vətən səsi" xəbər verir ki, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası Respublika Partiyası tərəfindən namizədliyi irəli sürülən xanım siyasətçinin Paris meri vəzifəsinə seçilməsinin erməni diasporunun maraqlarına cavab vermədiyini ifadə edən bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rəşidə Dati Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əlaqələrini qoruyub saxlayaraq Azərbaycana məlum yaxınlığını nümayiş etdirir.
Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası ənənəvi olaraq Azərbaycana qarşı iftira dolu ittihamlarını səsləndirməkdən də cəkinməyib. Bəyanatda qeyd olunur ki, guya, 44 günlük Vətən müharibəsi zamanı Qarabağda yaşayan ermənilər “etnik təmizləmə”yə məruz qalıb və bu məəsələlərdə Rəşidə Datinin də əli var.
Xatırladaq ki, 60 yaşlı Rəşidə Dati Fransa hökumətindəki yüksək vəzifə tutmuş ilk ərəb qadındır. O, 2008-ci ildə Parisin 7-ci dairəsinin meri seçilib və eyni zamanda Paris Şurasının üzvü olub. Fransadakı Respublika Partiyasının üzvü olan xanım siyasətçi 2009–2019-cu illərdə İle-de-Fransı təmsil edən Avropa Parlamentinin (MEP) təmsilçisi kimi fəaliyyət göstərib.
Rəşidə Dati bir neçə dəfə Azərbaycanda səfərdə olub. O, hələ 2016-cı ildə Paris şəhərinin 7-cidairəsinin meri və Avropa Parlamentinin üzvü olarkən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş, Qəbələ rayonunun gəzməli-görməli yerləri ilə tanış olmuşdu.
Elxan SALAHOV