Bu sözləri Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.
Laçının tamamilə bərpa olunan şəhər olduğunu diqqətə çatdıran xüsusi nümayəndə şəhərin müxtəlif formada inkişaf etdiyini, son iki il ərzində hava limanı, beynəlxalq əhəmiyyətli tunellər inşa edildiyini bildirib.
"500-ə yaxın yerli əhali öz torpaqlarına qayıdıb. Burada təkcə mərkəzdə yox, digər kəndlərdə də bərpa işləri aparılır. Onu da qeyd etmək istəyirəm ki, daha üç kənd bərpa olunub. Həmin bölgəyə 1500 sakin yerləşə bilər", - deyə o əlavə edib. (AZƏRTAC)