01.07.2025, 16:09
AZ EN
01.07.2025, 11:31 266

Paşinyana qarşı çıxan keşişlər həbs oluna bilər

XƏBƏRLƏR
  • Ermənistan Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi və bütün ermənilərin katolikosu II Qaregin arasında iki həftə əvvəl başlanan qalmaqal yüksələn templə davam edir. Kilsəyə təzyiqləri gündən-günə artıran Baş nazirin son məqsədi II Qareginin istefasına nail olmaqdır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Joqovurd” qəzetində dərc olunan məqalələrin birində deyilir ki, Nikol Paşinyan hüquq-mühafizə orqanlarına kilsəyə qarşı fəaliyyətini gücləndirməyi tələb edib, bununla bağlı aidiyyəti göstərişlər verib. Qeyd olunur ki, Erməni Apostol Kilsəsində söz sahibi olan keşişlərdən bir neçəsinin Baş nazirin göstərişi əsasında həbs ediləcəyi gözlənilir. 

“Qəzetimizin mənbələrinə görə, Paşinyanın əsas məqsədi katolikos II Qareginin istefasıdır. Baş nazir əmindir ki, bir neçə din adamı həbs olunsa, katolikos özünü itirəcək və könüllü olaraq gedəcək”, - deyə “Joqovurd” yazır. 

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb. Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb. Bunun ardınca 44 günlük müharibədən sonra revanşist çıxışları ilə məhurlaşan, Paşinyan hakimiyyətinə qarşı kütləvi aksiyalar təşkil edən keşiş Baqrat Qalstanyan həbs edilib. Bundan bir neçə gün sonra Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı da saxlayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər