15.06.2025, 07:41
AZ EN
14.06.2025, 14:10 104

Rusiyanın Xalq artisti İrandan təxliyəsinə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib

XƏBƏRLƏR
  • Bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi üçün müraciət ediblər. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq, həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.

Bu gün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçənlər arasında Rusiya Federasiyasının Xalq artisti və rejissor Fyodr Bondarçuk da var.

O, Astarada jurnalistlərə müsahibəsində Azərbaycan dövlətinə təşəkkür edərək deyib: “Bizə yaradılan şəraitə və Azərbaycan ilə İran arasında sərhədi keçməyimizdə göstərilən yardıma görə təşəkkürümüzü bildiririk. Həmçinin bizim qrupumuza göstərilən köməyə və diqqətə görə minnətdarıq”.

Qeyd edək ki, təxliyə edilən şəxslər üçün çay süfrəsi təşkil olunub. Eyni zamanda, səhhətində problem yarana biləcək şəxslərin vaxtında tibbi yardım alması məqsədilə təcili tibbi yardım avtomobili və peşəkar həkim briqadası əraziyə cəlb edilib. Təhlükəsiz və rahat şəkildə daşınmalarını təmin etmək üçün xüsusi avtobuslar ayrılıb. (AZƏRTAC)

Oxşar xəbərlər