Bunu Malaya Universitetinin dosenti Roy Entoni Rocers söyləyib.
“Şuşanın böyük potensialı var. Bu ərazilərdə həm turizmi, həm də kənd təsərrüfatını inkişaf etdirmək mümkündür. Təbii ki, indi əsas problemlərdən biri minaların təmizlənməsidir. Bu ərazilərdə hər yerdə minalar basdırılıb. İnanıram ki, beynəlxalq ictimaiyyət, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı ərazilərin minalardan təmizlənməsi işində Azərbaycana kömək təklif edə bilər”, - deyə dosent bildirib. (AZƏRTAC)