18.05.2025, 12:04
AZ EN
24.04.2025, 17:42 124

Türkiyə Müdafiə Nazirliyi: 1915-ci il hadisələri zamanı ermənilərin qətlə yetirdikləri günahsız türklərin xatirəsini anırıq

XƏBƏRLƏR
  • Türkiyə Milli Müdafiə Nazirliyində Osmanlı dövlətinin hakimiyyətdə olduğu son illərdə ermənilər tərəfindən qətlə yetirilmiş türklərin xatirəsi anılıb.

Aprelin 24-də mətbuat üçün yayılmış bəyanatda qardaş ölkənin müdafiə qurumu erməni quldur dəstələri tərəfindən Anadoluda törədilmiş qanlı cinayətlərə diqqət çəkib.

“1915-ci il hadisələri zamanı ermənilər tərəfindən qətlə yetirilmiş müdafiəsiz və günahsız türkləri bir daha xatırlayırıq”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər