"Vətən səsi" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində bildirib. O, daha çox İranı nəzərdə tutaraq deyib ki, müttəfiqləri Ermənistanı silahlandırır, erməni ordusuna təlim keçir və Ukraynada müharibənin sonunu gözləyirlər: "Çünki müharibə vəziyyəti qaldıqca tərəflərə silah satmaq və təsir etmək imkanları da qalır. Biz yalnız Ermənistana qarşı yox, dünya erməniliyinə və xristian həmrəyliyindən çıxış edən böyük güclərə qarşı dayanmışıq”.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı kütləvi şəkildə silahlandıran üç böyük ölkənin arasında İran, Hindistan və Fransanın adı daha çox çəkilir. Hərbi əməkdaşlıq çərçivəsində Ermənistan ordusuna ən çox təlim gekən isə İrandır. Cənub qoşumuzun Ermənistanla birlikdə keçirdiyi sonuncu təlim dünən başa çatıb. İran-Ermənistan sərhədində keçirilən təlimlərdə İranın xüsusi təyinatlı qüvvələri Ermənistan ordusunun bölmələrinə şərti terrorçu qrupların zərərsizləşdirilməsi və sərhəd nəzarət-keçid məntəqələrinə hücumlarının qarşısının alınmasının "sirrini" öyrədib.
Elxan SALAHOV