17.04.2025, 06:57
AZ EN
08.04.2025, 12:48 217

Ceyms Şarp: Azərbaycan-Ermənistan sülh sazişinin mətni üzrə razılığın əldə edilməsi irəliyə doğru böyük addımdır

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə razılığın əldə edilməsi irəliyə doğru böyük və pozitiv bir addımdır.

Bunu Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp deyib.

Diplomat son iki bəndin razılaşdırılmasından böyük məmnunluq hissi keçirdiyini vurğulayıb:

“İndi əsas məsələ sülh sazişinin nə vaxt imzalanacağıdır. Ermənistan sazişi indi imzalamaq istəyir. Ancaq Azərbaycan çox aydın şəkildə bəyan edir ki, Ermənistanın Konstitusiyasında dəyişiklik edilməli və ATƏT-in Minsk qrupu ilə bağlı gələcək məsələlərdə də razılıq əldə olunmalıdır”.

C.Şarp Azərbaycanın tələbini anladığını və hələ də açıq qalan məsələlərin olduğunu qeyd edib:

“Düşünürəm ki, hələ də açıq qalan məsələlər var. Əvvəlcə sazişi imzalayıb sonra digər məsələləri həll etmək və ya əvvəlcə digər məsələləri həll edib sonra sazişi imzalamaq artıq tərəflərin qərar verəcəyi məsələdir. Yəni məsələ bir qədər mürəkkəbdir”.

Diplomat vurğulayıb ki, tərəflərin növbəti addımlarla bağlı fərqli fikirləri olsa da, hazırkı vəziyyət çox müsbət mərhələdir:

“Onların bu vaxta qədər vasitəçi olmadan bir-biri ilə danışa bilməsi, ikitərəfli şəkildə sülh sazişi üzərində danışıqlar aparması və bütün maddələr üzrə razılığa gəlməsi müsbət haldır. Ona görə də çox nikbinəm ki, bu proses nəticə verəcək, hər iki ölkə sülhə nail olacaq və nəticədə bütün region inkişaf edə biləcək”. (Report)

Oxşar xəbərlər