15.03.2025, 00:30
AZ EN
26.02.2025, 12:06 215

İcma sədri: Biz Qərbi Azərbaycana da qayıdacağıq

XƏBƏRLƏR
  • 44 günlük Vətən Müharibəsində və daha sonra antiterror əməliyyatlarında biz xocalıların qisasını aldıq.

Bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

O bildirib ki, Xocalıdan olan məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıdıb:

"Heç şübhəsiz ermənilərin 200 illik yaratdığı strategiya məhv oldu. Biz Qərbi Azərbaycana da qayıdacağıq. Bu bizim tarixi və təmələ haqqımızdır. Bunun qarşısını heç kim ala bilməz. Bizim əjdadlarımızın orada mədəni irsi var. Son 36 ildə biz Qərbi Azərbaycan məsələsini dünya gündəminə çıxara bilməmişdik. Amma artıq Qərbi Azərbaycan İcmasının rəsmi sənədi BMT-yə üzv olan dövlətlər arasında yayılır. Bəzi dairələr ikili standartlarından əl çəkməli, Qərbi Azərbaycana qayıdış hüququnu tanımalıdır". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR