19.04.2025, 13:47
AZ EN
25.02.2025, 08:00 156

Braziliyalı jurnalist: Xocalı faciəsi mövzusu bütün dünyada müzakirə olunmalıdır

XƏBƏRLƏR
  • Düşünürəm ki, Xocalı faciəsi mövzusu bütün dünyada müzakirə olunmalıdır.

Bu fikri Braziliyada Jurnalistlərin Xarici Əlaqələr üzrə Şəbəkəsinin Prezidenti, jurnalist Fabiana Ceyhan səsləndirib.

O bildirib ki, Xocalı faciəsi bütün ölkələrin diqqətini daha çox cəlb etməlidir, çünki faciə zamanı uşaqlar da daxil olmaqla 613 nəfər öldürülüb və ora mülki ərazi olub.

“Çox kədərli hekayədir. Bu haqda Azərbaycanda olarkən öyrəndim. Mən bütün dünyadan Qarabağa gələn ilk 4 jurnalistdən biri olmuşam. Ora minalı idi. Oradakı vəziyyət həqiqətən mənə təsir etdi. O zaman Qarabağa, Şuşaya səfər edərkən gördüm ki, bu, bəşəri bir hadisədir və Cənubi Amerika, hətta bütün dünya bu barədə düşünməlidir. Bu faciə daha çox ölkə tərəfindən tanınmalıdır”, - deyə braziliyalı jurnalist əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR