Avtomobillərdən enən 3 nəfərin ərazinin müşahidəsi və bölmələrimiz istiqamətində foto-video çəkilişlər apardığı texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.
Ermənistan tərəfi bu cür "monitorinqlərlə" bölmələrimizin dislokasiya yerləri və döyüş mövqelərimizin yerləşməsi barədə kəşfiyyat məlumatlarını toplamağa çalışır.
Qarşı tərəf Avropa İttifaqının monitorinq missiyasının nümayəndələrindən istifadə etməklə törətdiyi insidentlərlə Ordumuzun şəxsi heyətini provokasiyalara təhrik edir. (Trend)