20.04.2025, 02:11
AZ EN
10.02.2025, 17:14 149

Ermənistan KTMT-yə möhtacdır

XƏBƏRLƏR
  • "Ermənistanın Cənubi Qafqazda təhlükəsizliyini təmin etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) alternativ olacaq heç bir mexanizm yoxdur".

"Vətən səsi" xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "RİA Novosti"yə müsahibəsində respublikanın KTMT-dən mümkün çıxması ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Ermənistan KTMT-yə möhtacdır və rəsmi Moskva təşkilatdan çıxmaq yolunu tutmuş Paşinyan hökumətinin bunu yaxşı başa düşdüyünə ümid edir.

Yanvarın 15-də Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib ki, Ermənistan Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır. O vurğulayıb ki, Ermənistan de-fakto KTMT-də heç bir iştirak etmir, lakin respublika Rusiya Federasiyası ilə münasibətlərə dair heç bir ikitərəfli sənədi ləğv etməyib və təşkilatı tərk etməyib.

Ermənistan Xarici Kəşfiyyat Xidməti (XKX) öz hesabatında İrəvanın 2025-ci ildə KTMT-yə üzvlüyünü ləğv etməsini çətin hesab edib. XKX-dən bildirilib ki, bu təhlükəsizlik strukturunun səlahiyyətlərini şübhə altına almağa davam edəcək.

Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan hələ də KTMT-dən çıxmaq planları barədə məlumat verməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər