"Vətən səsi" xəbər verir ki, 2015-ci ildə əldə edilən Paris İqlim Razılaşması ölkələrə istiləşməni sənayedən əvvəlki səviyyədən 1,5°C-yə qədər saxlamaq üçün istixana qazı emissiyalarını azaltmaq öhdəliyi qoyub. Tramp bundan əvvəlki prezidentlik dönəmində ABŞ-ı sazişdən çıxardı. Lakin Bayden 2021-ci ildə hakimiyyətə gələndən sonra ABŞ-ı yenidən Paris İqlim Razılaşması qaytardı. Tramp isə inauqurasiyadan dərhal sonra ABŞ-dan ədalətsiz olaraq ağır ödənişlər tələb edən ÜST-dən çıxdığını elan edib.
Tramp, həmçinin ABŞ-nin bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandıran sərəncam imzalayıb. Bu müddət ərzində bu proqramların Trampın siyasət məqsədlərinə cavab verməsini təmin etmək üçün araşdırma aparılacaq. Konqres artıq bir çox proqramlar üçün maliyyə ayırıb və bu pul xərclənməlidir.
Yeni prezidentin inaqurasiyadan dərhal sonra sələfinin 78 sərəncamını ləğv etməsi, o cümlədən xarici yardımların dayandırılması barədə qərarı ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilən və Bayden tərəfindən hər dəfə müddəti uzadılan 907-ci düzəlişin ləğvini yenidən gündəmə gətirib.
Xatırladaq ki, son dörd ildə bir neçə dəfə düzəlişin ləğvi təklif olunsa da, Bayden qadağanın müddətini uzadıb.
Elxan SALAHOV