09.06.2025, 07:52
AZ EN
21.01.2025, 17:45 163

Rusiyalı jurnalist Lavrovla Mirzoyanı söz savaşına çıxardı

XƏBƏRLƏR

Rusiyalı jurnalistin Moskvada səfərdə olan Ararat Mirzoyana ünvanladığı sual onunla həmkarı Sergev Lavrovla arasında söz atışmasına səbəb olub. Qarşılıqlı replikalarla müşayiət olunan maraqlı dialoq Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarının birgə mətbuat konfransı zamanı yaşanıb.

"Vətən səsi" xəbər verir ki, nazirlər arasında söz atışması rusiyalı jurnalist Ermənistanın Avropa İttifaqına üzvlük layihəsi ilə bağlı Ararart Mirzoyana sual ünvanlaması işlə başlayıb. “Ermənistan hökuməti Avropa İttifaqına üzvlüklə bağlı hansı müddətə ümid edir? Ermənistan hökuməti Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqına üzvlüyü bir araya necə sığışdırmaq niyyətindədir?” sualından sonra rusiyalı jurnalist Lavrova olan sualını səsləndirmək istəyib. Bu zaman Lavrov Mirzoyanın birinci sualı cavablandırmasını təklif edib: “Qoy Ararat Samveloviç cavab versin!"

Erməni nazirin rusiyalı həmkarının təklifinə reaksiyası gözlənilməz olub: “Sergey Viktoroviçin cavabı bundan asılıdır?” deyə Ararat Mirzoyan replika ilə çıxış edib. Lavrov isə Mirzoyanın replikasına “Yox, bu sual mənə ünvanlanmayıb, ancaq sizə ünvanlanıb”, deyə cavab verib.

Mirzoyan Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsinin ictimai sənəd olduğunu söyləyib. O, bildirib ki, həmin sənəddə konkret müddətdən və mexanizmlərdən söhbət getmir. Bundan başqa, Ararat Mirzoyan bu layihənin Paşinyan hökuməti tərəfindən deyil, vətəndaş cəmiyyətinin təşəbbüsü ilə hazırlandığını qeyd edib.

Bununla belə, Ermənistan Xarici işlər naziri rusiyalı jurnalistin sualına ətraflı cavab verə bilməyib: “Bundan sonra nə olacaq, onu sonra həll edəcəyik. O ki qaldı Avropa İttifaqı və Avrasiya İttifaqı arasındakı ziddiyyətlərə, mən bunu mühakimə edə bilmərəm və ya nəsə yeni şey icad edə bilmərəm. Əgər məsələ belə qoyulsa, o zaman yəqin ki, baxmaq lazım gələcək”.

Elxan SALAHOV

Oxşar xəbərlər