20.01.2025, 22:54
AZ EN
10.01.2025, 14:19 123

Melkonyan: "Əliyevin diplomatik uğuru ilə ABŞ da razılaşıb"

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi məsələsi ilə bağlı beynəlxalq konsensus yarada bilib.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib. O, Azərbaycanın sülh prosesi çərçivəsində Ermənistana qarşı irəli sürdüyü tələbləri sadalayarkən bu sırdada  ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistanın ayrı-ayrı ölkələrdən silah alışını dayandırması, Zəngəzur dəhlizinin açılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, Avropa İttifaqı (Aİ) missiyasının Ermənistan-Azərbaycan sərhədindən çıxarılması və Qərbi azərbaycanlıların tarixi ata-baba yurduna qaytarılmasına dair bəndləri xüsusi vurğulayıb: "Ermənistan faktiki olaraq bu tələblərdən birini yerinə yetirməyə hazır olduğunu göstərib. Ermənistan 2027-ci ildə konstitusiyanın dəyişdiriləcəyini bəyan edib. Aİ müşahidə missiyası məsələsi də faktiki gündəmdədir".

Azərbaycan hökumətinin Zəngəzur dəhlizinin açılması məsələsində böyük üstünlüklər qazandığını deyən Melkonyan bunu İlham Əliyevin diplomatik uğuru kimi dəyərləndirib: “Əliyev dəhliz ətrafında beynəlxalq konsensus yarada bilib. Gördük ki, Azərbaycan Rusiyanı bu gündəmə necə cəlb elədi, bu, dəhlizin onlar üçün faydalı olduğunu göstərir. Həmçinin ABŞ-dən belə bir bəyanat eşitdik ki, Türkiyə, Ermənistan, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya arasında əlaqə Vaşinqton üçün çox vacibdir. Əlbəttə, söhbət Zəngəzur dəhlizindən gedir. Buna beynəlxalq konsensus deyirlər. Azərbaycan bu gündəmin ətrafında birlik yarada bilib. Dəhliz Azərbaycan və Türkiyənin nəzarətində olacaq”.

Erməni ekspert İrəvanın Minsk Qrupunun buraxılması barədə Bakının tələbini də qəbul etdiyini vurğulayıb: "Azərbaycan öz üstünlüklərindən lazıminca bəhrələnə bilir. Minsk Qrupunun buraxılması tələbini ciddiyə almamaq mümkün deyil. Artıq İrəvanda da bu reallıqları hər kəs başa düşməyə başlayıb".

Elxan SALAHOV

Oxşar xəbərlər