Bu sözləri Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar söyləyib.
O qeyd edib ki, Petrosyanın çıxışında yer alan “Ermənistan və Qarabağ yad millətlərdən təmizləndi” ifadəsi konkret olaraq etnik təmizləmə və deportasiya faktını Ermənistanın birinci şəxsinin dilindən təsdiqləmiş olur. Təbii ki, bu halda soydaşlarımızın geri qayıdışı uğrunda apardığımız fəaliyyət zamanı beynəlxalq ictimaiyyətə çağırışlarımız zamanı sözügedən fakta da istinadımız mümkündür. Üstəlik, bu faktdan hüquqi müstəvidə də geniş istifadə olunacağı istisna edilmir. Qərbi Azərbaycan İcması bütün bəyanatlarında, müraciət və məktublarında beynəlxalq ictimaiyyəti Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıdışını təmin etmək üçün bu ölkəyə çağırış etməyə səsləyir. (AZƏRTAC)