Səfirlik Avstriyanın dövlət qurumlarına, həmçinin Vyanadakı beynəxalq təşkilatlara və diplomatik nümayəndəliklərə nota göndərib. Həmçinin səfirliyin sosial şəbəkə hesablarında hadisə ilə əlaqədar paylaşım edilib, səfirliyin elektron poçt ünvanına çoxsaylı başsağlığı məktubları daxil olub.
Avstriyanın dövlət və hökumət nümayəndələri, parlamentarilər, diplomatik nümayəndəliklərin təmsilçiləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar. (AZERTAC)