25.12.2024, 22:12
AZ EN
25.12.2024, 09:46 144

Paşinyan "Facebook"da yenə yazdı: "Qarabağ Azərbaycana qaytarılmalı idi"

XƏBƏRLƏR
  • Son bir neçə gündə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və Ermənistanın keçmiş rəhbərliyinin öz xalqını yanlış  yola istiqamətləndirməsi barədə sosial şəbəkələrdə açıq bəyanatlar yayan Nikol Paşinyan 30 ildən artıq gizli qalan həqiqətləri açmağa başlayıb.

"Vətən səsi" xəbər verir ki, Paşinyan erməni ictimaiyyətində şok effekt yaradan açıqlamalarını davam ertdirərək daha bir bəyanatla çıxış edib. Ermənistanın Baş naziri təxminən bir sutka əvvəl özünün "Facebook" səhifəsi vasitəsilə yaydığı açıqlamadan sonra sülh danışıqlarının mahiyyəti və Qarabağın Azərbaycan torpağı olması barədə fikirlərinə yeni izahat verib. O, Ermənistanın işğalçı olduğuna dolayısı ilə işarə edərək Qarabağın Azərbaycana qaytarılmalı olduğunu bir daha təqsdiqləyib: "Beləliklə, 1994-cü ildən başlayaraq, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi aparıldı. Yəni, danışıqların yalnız bir nəticəsi ola bilərdi: Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması. Biz bunu etmədik və danışıqlar prosesinin yuxarıda qeyd olunan dairəsini ilkin olaraq əvvəlcədən müəyyən edən beynəlxalq birlik hətta müharibəyə ciddi qarşı çıxmadı".

Nikol Paşinyan "Facebook" səhifəsində erməni xalqına və Ermənistanın eks-prezidentlərinə müraciətlə yazır: "Bu, reallıqdır, əziz insanlar! Yaxşı, nə vaxt, niyə, necə etmədik, bunu edə bildik, ya etmədik, nə vaxt bacardıq və nə vaxt edə bilmədik - bu, tamamilə fərqli bir söhbət üçün mövzudur. Ciddi, dərin və əhatəli mövzudur ki, mən müxtəlif vəsilələrlə ictimaiyyətə danışmışam və bir daha danışacağam".

Baş nazir Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyanın onu özü ilə debat aparmağa çağırması, Robert Köçəryan və Serj Sərkisyanın isə Azərbaycanla sülh danışıqların mahiyyətinin gizlədilməsi barədə iddialara susqunluq göstərməsinə də toxunub: "İndi üç keçmiş prezidentə və ya onların nümayəndələrinə nə deməliyəm? Onların danışıb-danışmamasının, bəlli səbəblərə görə, heç bir dəyəri yoxdur. Hörmətli üç keçmiş prezident! Debat məsələsində fikrinizi dəyişsəniz, mənə deyin. Hələlik”

Elxan SALAHOV

Oxşar xəbərlər