13.12.2024, 00:06
AZ EN
12.12.2024, 19:00 118

Həştərxandakı Azərbaycan İş Mərkəzində diaspor nümayəndələri ilə görüş keçirilib

XƏBƏRLƏR
  • Həştərxanda səfərdə olan Azərbaycan nümayəndə heyəti burada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb.

Azərbaycan İş Mərkəzində keçirilən görüşdə “Azərbaycan” Milli Mədəniyyət Təşkilatının rəhbəri, Həştərxan vilayətinin qubernatoru yanında Etnokonfessional Şuranın sədri Vahid Rəhimov çıxış edərək, Həştərxanda Azərbaycana xüsusi rəğbət bəslənildiyini bildirib. Qeyd edib ki, burada yaşayan azərbaycanlılarla digər millətlər arasında əməkdaşlıq əlaqələri mövcuddur. Vilayət rəhbərliyi ilə də yaxşı əlaqələr var. Həmçinin birgə müxtəlif tədbirlər keçirilir, yerli azərbaycanlıların problemləri müzakirə olunur və aradan qaldırılır. Diaspor təşkilatı Azərbaycan dövlətinin qayğısını da hər zaman hiss edir.

Nümayəndə heyətinin rəhbəri Abdin Fərzəliyev bildirib ki, Rusiya Federasiyasının vilayətləri ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əlaqələr inkişaf edir. Həştərxan vilayətində fəaliyyət göstərən Azərbaycan diasporu ölkəmizin təbliğində və xalqların yaxınlaşmasında mühüm rol oynayır. Diasporun əsas fəaliyyəti dostluq və qardaşlıq əlaqələrini gücləndirməkdən ibarətdir. Həştərxanda açılan Azərbaycan İş Mərkəzi də bu əməkdaşlığın həyata keçirilməsində iştirak edir. Diaspor təşkilatlarının qarşılıqlı əlaqələrinin inkişafı dövlətlər arasındakı münasibətlərə də müsbət təsir göstərir. Bu əlaqələri daha inkişaf etdirmək və gələcək planları daha əhatəli qurmaq lazımdır.

Sonra Milli Məclisin deputatları və diaspor təşkilatının digər nümayəndələri çıxış edərək, perspektivdəki işlərdən danışıblar. (AZERTAC)

Oxşar xəbərlər