25.04.2025, 03:03
AZ EN
27.11.2024, 09:18 298

Elmar Məmmədyarov: Ermənistan vurduğu ziyanı mütləq qarşılamalıdır

XƏBƏRLƏR
  • Avropa İttifaqının Ermənistan ərazisindəki mülki missiyasının Azərbaycanla delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməsinin heç bir mənası yoxdur. Ona görə də, erməni tərəfi bununla bağlı açıqlama verdi ki, “delimitasiya edilmiş sərhəd xəttində “missiya” olmayacaq”. Çünki sərhədlər dəqiqləşdikdən sonra orada hər iki tərəfdən sərhəd xidməti işə başlaya bilər.

Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Görünən odur ki erməni tərəfi növbəti oyuna əl atır. Çünki Azərbaycan haqlı olaraq Ermənistan ərazisində olan Aİ-nın “missiyasının” davranışlarından narahatlığını bildirib. Vaxtaşırı olaraq həmin “missiya” Azərbaycanla şərti sərhəddə gəlib binokulla ərazini izləməyə çalışır deyən sabiq nazir hesab edir ki, erməni tərəfinin missiya ilə bağlı verdiyi açıqlama Azərbaycanı sakitləşdirmək üçün edilmiş gedişdir: “Məqsədləri delimitasiyanı bir qədər sürətlə aparmaqdır. Bu isə hər iki tərəfdən delimitasiya komissiyanın görə biləcəyi işdir. Hətta bu günlərdə Ermənistanın baş naziri Azərbaycanla sülh əldə edilərsə, qarşılıqlı olaraq beynəlxalq müstəvilərdə iddialardan imtina məsələsini də gündəmə gətirib. Əslində Azərbaycan beynəlxalq müstəvidə Ermənistana qarşı qaldırdığı tələblərdə tam haqlıdır. Çünki 30 il ərzində Ermənistan Azərbaycan ərazilərinə külli miqdarda ziyan vurub. Ekologiyanı, ətraf mühiti dağıdıb, etnik təmizləmə, soyqırımı aparıb, bir neçə şəhər yer üzündən silib. Ona görə də, Ermənistan vurduğu ziyanı mütləq qarşılamalıdır və o təzminat ödəməlidir”.

Xatırladaq ki, Azərbaycan 2020-ci ilin Vətən müharibəsi ilə 30 ilə yaxın işğalda olan torpaqlarını azad edib. Xüsusilə işğal dövründə və daha sonra Azərbaycana dəyən zərərin bütün istiqamətlər üzrə müəyyənləşdirilməsi sahəsində genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bu ərazilərdə infrastrukturun dağıdılması və resursların talan edilməsi mövzusu dəfələrlə gündəmə gətirilmişdi. Ermənistanın Azərbaycan ərazilərində törətdiyi cinayətlərin siyahısı çox geniş olduğundan Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, Beynəlxalq Arbitraj Məhkəməsi, eləcə regional məhkəmələrdə təzminat iddiaları qaldırıla bilər.

Günel QULİYEVA

Oxşar xəbərlər