"Vətən səsi" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. O, deyib ki, hazırda tərəflər arasında yazışmalar razılaşdırılmamış bəndlər üzərində danışıqlar davam etdirilir. Onun sözlərinə görə, danışıqlarda irəliləyin əldə olunması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan əsassız iddiaların aradan qaldırılmalıdır: "Tərəflər arasında mübahisələrin real həll variantı Ermənistan konstitusiyasına dəyişikliklərdən keçir. Əgər bu baş versə sülh müqaviləsinin imzalaması mümkün olacaq. Ermənistan isə konstitusiya dəyişikliyinə getmək istəmir. Onlar iddia edirlər ki, imzalanacaq sülh müqaviləsi daxili qanunlardan üstün gücə malik olacaq. Amma məsələyə heç də onların bəyan etdiyi kimi sadə deyil. Çünki hökumətlər arasında sülh müqaviləsi imzalansa, Ermənistanda hakimiyyətə gələcək sonrakı siyasi qüvvələr bu razılaşmanı qəbul etməyə bilər. Belə olan halda Ermənistanın məsələlərə necə yanaşacağı sual altındadır”.
Politoloq hesab edir ki, Azərbaycan sülh müqaviləsini erməni xalqı ilə imzalamaq niyyətindədir. Bu isə yalnız referendum yolu ilə mümkündür: "Ermənistan hökuməti referendum keçirməklə erməni xalqının bu məsələyə münasibətini müəyyənləşdirməlidir. Bu halda imzalanacaq sülh müqaviləsi daha legitim sayılacaq və gələcəkdə erməni siyasətçilərinin sülh müqaviləsinin bəndləri ətrafında spekuliyasiya etməsinin qarşısı alınacaq”.
Elxan SALAHOV