Bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Azərbaycanın Müstəqilliyini Bərpası Günü münasibətilə “X”dəki hesabında yer alıb.
“Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyi və dövlətçilik ənənələrimizin dirçəldiyi 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, bütöv və suveren Azərbaycanımıza hər zaman şanlı tarix, əbədi və dönməz olan müstəqillik yolu arzu edirik”, - paylaşımda qeyd edilir. (Report)