“TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada İordaniyanın xarici işlər naziri Ayman əs-Safadi ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz regional əməkdaşlıq platforması “3+3” vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk. Oktyabrın 18-də İstanbulda “3+3” formatında nazirlərin üçüncü görüşü keçiriləcək. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edəcək”, - o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakını təsdiqləyib: “Biz Sergey Lavrovun planlaşdırılan iştirakını təsdiq edirik”. (Report)