Bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon söhbəti zamanı nazirlər Qarabağdakı vəziyyəti və Ermənistanla Azərbaycan arasında son gərginliyi müzakirə ediblər.
"Nazir xatırladıb ki, ölkəmiz vəziyyətlə bağlı baş verənləri böyük diqqətlə izləyir, bunu avqustun 4-də Prezident Emanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı da göstərir. O, bu münaqişə ilə bağlı və ondan irəli gələn bütün məsələlərin müstəsna olaraq danışıqlar yolu ilə həllinə çağırıb. Nazir, həmçinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə əsasən, Qarabağ və Ermənistan arasında kommunikasiyaların saxlanılması üçün Laçın dəhlizinə paralel yeni marşrut üzrə tərəflər arasında razılığın əldə olunmasını arzuladığını bildirib", Fransa XİN-in məlumatında qeyd olunub. (APA)