09.06.2025, 12:06
AZ EN
30.09.2024, 11:40 114

Sərhədlər 1920-ci il xəritəsi ilə müəyyən edilsə...

XƏBƏRLƏR
  • "Ermənistan hökuməti belə ittihamlar səsləndirir ki, Azərbaycan guya, sülh istəmir. Azərbaycan tərəfi isə açıq şəkildə deyir ki, hazırda sülh sazişi mümkün deyil, çünki həll olunmamış məsələlər çoxdur. reallıq ondan ibarətdir ki, sərhəd mövzularını həll eləmək üçün illər lazımdır. Kommunikasiya mövzusu da həçminin. Siyasi iradə olmasa, texniki baxımdan bunu icra etmək üçün bəlkə də illər lazımdır".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Tofiq Zülfüqarov bildirib. O, qeyd edib ki, hazırda sülh danışıqları prosesində əsas ziddiyətli məqamlar sərhədlərin müəyyən edilməsi ilə bağlıdır: "Azərbaycanın və Ermənistanın fərqli baxışları var. Hər iki tərəf sovet dövründəki sərhədlərin bərpasını istəyir. Amma sərhəd raşılaşmasında hansı ilin xəritələri əsas götürüləcək? Biz 1975-ci ilə aid sərhədləri qəbul etmirik. Digər tərəfdən, Azərbayan sadəcə ,1920-ci ilin xərətiələrini bərpa etsə, bizə Zəngəzur dəhlizi lazım olmayacaq. Bu, o deməkdir ki, sərhədlər 1920-ci il xəritəsi ilə müəyyən edilsə, iki ölkə arasında kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi məsələsi avtomatik həllini tapacaq".

Sabiq xarici işlər naziri Zəngəzur məsələsinin gündəlikdən çıxarılması məsələsinə də aydınlıq gətirib. Tofiq Zülfüqarovun fikrincə, tərəflər indiyəqədərki danışıqlar nəticəsində bir çox məsələlərə dair razılıq əldə etməyin mümkün olmadığını dərk edir. Ona görə də müzakirə olunan çərçivə sazişində yalnız razılaşdırılmış  məsələlər əksini tapacaq: "Çərçivə sazişi daha çox bəyanat sənədidir, orada gələcək sülh prosesinin çərçivəsi formalaşır. Ona görə də hansı mövzularla bağlı razılıq əldə olunmayıb, sənəddən çıxarılacaq. Amma burada Azərbaycanın maraqları öz əksini tapmırsa, bunu sonrakı danışqlarda gündəmdə saxlayacağıq. Çünki Azərbaycanın ən vacib məqsədlərindən biri ölkənin əsas hissəsi ilə Naxçıvanı birləşdirən bağlantı əldə etməsidir. Zəngəzur dəhlizi məsələsi ABŞ, Rusiya, Türkiyə və digər ölkələrin də marağındadır".

Elxan SALAHOV

Oxşar xəbərlər