18.09.2024, 17:26
AZ EN
14.09.2024, 15:00 170

Türk ekspert: Üçüncü tərəfə boyun əyməsi Ermənistanın məhvi ilə nəticələnə bilər

XƏBƏRLƏR
  • Qərbin “demokratiya” adı altında gizlənən imperialist qüvvələri, eləcə də ABŞ Rusiyaya təzyiq göstərmək üçün Qafqazda sanki bir İraq yaratmağa çalışır. Bunu tam mənası ilə izah etsək, hazırda Ermənistan gələcəyə baxışının olmadığı bir ölkəyə çevrilmək istiqamətində sürətlə irəliləyir. Ermənistanda bununla bağlı fikir ayrılıqlarının olduğunu da görürük. Bəziləri həqiqətləri gördüyü halda, digərləri onlara verilən vədlərə boyun əyib müxtəlif davranışlar sərgiləyir.

Bu fikirləri Türkiyənin “Optimar” Araşdırma Mərkəzinin rəhbəri, siyasi ekspert Hilmi Daşdemir səsləndirib.

Bütün bu proseslərin qarşısında Türk dövlətlərinin getdikcə güclənən və inkişaf edən münasibətlərinə diqqət çəkən müsahib sözlərinə belə davam edib: “Gəlin məsələyə başqa bir aspektdən yanaşaq. Qarabağın işğaldan azad edilməsində Azərbaycan Prezidenti İlham Əliyev olduqca qətiyyətli, qərarlı, prinsipial mövqe nümayiş etdirdi. Bununla yanaşı, bu gün dünyanın mühüm bölgələrinin enerji təminatçılarından birinə çevrilən, bu sahə üzrə dünyada söz sahibi olmağı hədəfləyən enerji şirkətlərinə sahib Azərbaycan var. Bunlar bir ölkə üçün çox vacib məqamlardır. Digər tərəfdə isə həm Fransa, həm də ABŞ kimi ölkələr tərəfindən nələrəsə təhrik edilən, hansısa utopik macəranın içinə çəkilən Ermənistan var. Ermənilərin buna boyun əymələri isə bir müddət sonra Ermənistan adlı bir ölkənin olmayacağı mənasına da gələ bilər.

Burada, ilk növbədə, Azərbaycan-Türkiyə müttəfiqliyi, iki ölkənin birlikdə hərəkət etməsini vurğulamaq lazımdır. Məsələyə qarşıdan gələn dövrə baxaraq yanaşsaq, bu birliyin güclənərək davam edəcəyindən hər birimiz əminik. Qətiyyətli, qərarlı mövqe nümayiş etdirən Azərbaycan və Türkiyə liderlərinin birliyi, milli məsələlərlə bağlı atılan birgə addımlar bu prosesin üçüncü tərəflərin planlaşdırdığı kimi getməyəcəyini göstərir. Onlar nə qədər hərbi müqavilələr imzalasalar da, Ermənistanı qarşıdurmaya təhrik etsələr də, heç bir nəticə əldə edə bilməyəcəklər. Ermənistanın yenidən hansısa xülyaya düşməsi isə dediyim kimi, onun üçün ya torpaqlarının itirilməsi, yaxud Ermənistan adlı dövlətin, ümumiyyətlə, yox olması ilə nəticələnə bilər. ABŞ-ın o bölgədə mövcud olmaq, təsirini genişləndirmək istəyi gələcəyi olmayan bir Qafqaz anlamına gəlir ki, bu da, ilk növbədə, ermənilərin əleyhinədir”.

Hilmi Daşdemir bildirib ki, güclü Azərbaycan və Türkiyə, güclü Türk dünyası həm Qafqazda, həm də bu coğrafiyada sülhün hakim olduğu parlaq gələcəyin təminatıdır. (AZƏRTAC)

Oxşar xəbərlər