21.11.2024, 22:37
AZ EN
27.08.2024, 17:23 159

Samvel Babayan Qarabağdan qaçan separatçıların səsi olmaq istəyir

XƏBƏRLƏR
  • Ləğv edilmiş separatçı rejimin keçmiş "təhlükəsizlik şurasının katibi” Samvel Babayan Ermənistanda parlament seçkilərinə hazırlaşır. Babayan separatçı siyasilərə onun sədri olacağı “xüsusi komitə” yaratmağı təklif edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.  Ermənicə nəşr olunan “Joqovurd” qəzeti yazır ki, Samvel Babayan bütün Qarabağ ermənilərinə mümkün erkən və ya 2026-cı ildə gözlənilən seçkilər zamanı onun ətrafında birləşmək və “vahid cəbhə” ilə hərəkət etmək təklifini verib: “Babayan əmin edib ki, bütün problemlərin həlli yollarını bilir və ətrafında möhkəmlənərlərsə, bir çox məsələləri həll edə bilər. Başqa sözlə, Samvel Babayan özünü Ermənistandakı “Qarabağ ermənilərinin lideri” kimi təsəvvür edir”.

Məqalədə separatçı siyasilərin Babayanın təklifini rədd etdikləri də vurğulanır. Qeyd olunur ki, Babayan yaxın dostu, ləğv edilmiş separatçı rejimin keçmiş "təhsil naziri” Hayk Xanumyanla əlaqə saxlayıb. O, deyib ki, Babayanın “xüsusi komitə” yaradılması təklifinin seçkilərə heç bir aidiyyəti yoxdur, sadəcə separatçı rejimin keçmiş "təhlükəsizlik şurasının katibi” bu yolla guya, Qarabağ ermənilərinin problemləri ilə ciddi şəkildə məşğul olmaq niyyətini ortaya qoyub. O, istəyir ki, indidən özünə tərəfdarlar toplasın və gələcək seçkilərdə müəyyən qüvvələrin səsini alsın”.

Elxan SALAHOV

Oxşar xəbərlər