22.11.2024, 19:21
AZ EN
21.08.2024, 19:18 203

Naxçıvan Ombudsmanı Şahbuzda mina partlayışı nəticəsində yaralanmış şəxsə baş çəkib

XƏBƏRLƏR
  • Naxçıvan Ombudsmanı Şahbuz rayonunda baş vermiş mina partlayışı nəticəsində yaralanmış şəxsə baş çəkib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva muxtar respublikanın Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində baş vermiş mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış Şərur rayon sakini 2005-ci il təvəllüdlü Bəxtiyar Sultanovu ziyarət edib.

O, B.Sultanovun müayinə və müalicə olunduğu müəssisədə onunla görüşüb, sağlamlıq hüququnun təmini vəziyyəti ilə bağlı məlumat alıb, tezliklə sağalmasını diləyib.

Görüş zamanı Müvəkkil bildirib ki, Ermənistanın vaxtilə Azərbaycan ərazilərində basdırdığı minalar mülki şəxslərin həyatına təhlükə yaratmaqda davam edir. Müvəkkil mina basdırılmış ərazilərin dəqiq xəritələrinin Azərbaycna təqdim edilməməsinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törətdiyini vurğulayıb. (Report)

Oxşar xəbərlər